Mahirin sərt xasiyyəti var Kloze

29.11.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze komandasının hücumçusu Mahir Emreli barədə danışıb.

QOL.az-ən xəbərinə görə, "Bild" qəzeti yazır ki, bu mövsüm aktivində 3 qolu və 1 qol ötürməsi olan Emreli bu nəticəyə görə komanda yoldaşı Tsimasdan (6 qol, 1 qol ötürməsi) geri qalsa da, meydandan kənarda əsas liderlərdən birinə çevrilir.

46 yaşlı mütəxəssis Kloze Mahirin emosionallığı haqda danışarkən bildirib: "Mahirin sərt xasiyyəti var. O, oyun zamanı ona xoş olmayan nəsə baş verərsə, bəzən əsəbiləşə bilər".

Qəzetin yazdığına görə, ümumən Kloze Mahirdəki inkişafdan çox razıdır: "Xoş və müsbət haldır ki, o, derbidəki kimi bloklar edərkən bundan öyünməyə başlayır. Mən onun formasının aydın şəkildə yaxşılaşdığını görürəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью