Mahirlə Zamir yoldadı, Renat gecikəcək

27.05.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Yığmanın baş məşqçisi Fernando Santuş mayın 23-də Latviya və Macarıstan ilə keçiriləcək yoldaşlıq oyunları üçün heyəti açıqlayıb. Portuqaliyalı mütəxəssis 25 futbolçuya dəvət göndərib.

Bunlardan Renat Dadaşov, Zamiq Əliyev və Mahir Emrelinin legioner həyatı yaşadığından xəbərdarsız.
Görəsən, bütün legionerlər bu gün başlayacaq toplanışın ilk günündən yığmanın düşərgəsində olacaqmı? Bu sualı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:

“Renat Dadaşov bu gün axşam gəlir. Mahir və Zamiq isə səhərdən məşqdə olacaqlar”.


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью