“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”

14.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”

Polşanın “Rakuv” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı paylaşım edib.

QOL.az xəbər verir ki, Çenstoxova təmsilçisi sosial şəbəkə hesabında 29 yaşlı futbolçunun fotosunu yayımlayaraq yazıb:

“Sabahınız xeyir, Medaliklər! (“Rakuv” azarkeşləri - red.) Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir! Növbəti missiya isə artıq bazar günü bizi gözləyir!”

Qeyd edək ki, “Rakuv” dünən UEFA Konfrans Liqasında “Hammarbü”nü (İsveç) mübarizədən kənarlaşdıraraq pley-off mərhələsinə yüksəlib. 

Avqustun 16-da onlar Polşa çempionatının 4-cü turunda səfərdə “Krakovia” ilə qarşılşacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью