Mahirsiz Nürnberq uduzub VİDEO

25.01.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, futbolçumuz sarı vərəqə limiti üzündən "Şalke"yə qarşı forma geyinməyib.

19-cu tur çərçivəsində keçirilən qarşılaşma rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bütün qollar oyunun 1-ci hissəsində vurulub.

Qeyd edək ki, Mahirin komandası 25 xalla 12-ci pillədə qərarlaşıb. "Nürnberq" yanvarın 31-də evdə "Darmştadt"la üz-üzə gələcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью