“Mahmızlar”dan 3 də 3

29.07.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Tottenhem” mövsümöncəsi hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, Avstraliyada ölkənin “Sidney” klubu ilə qarşılaşan London təmsilçisi matçın əsas vaxtını 1:1 hesabı ilə başa vurub. Penaltilər seriyasında daha dəqiq oynayan ingilislər qələbəni təmin ediblər. Bu, “mahmızlar”ın üçüncü hazırlıq matçında üçüncü qələbəsidir.

Oyunun 29-cu dəqiqəsində Matis Tel 25 metrlik məsafədən baxımlı cərimə zərbəsi qolu ilə “Tottenhem”i önə çıxarıb. Avstraliya təmsilçisi ikinci hissədə Takahiro Sekinenin qolu ilə hesabı bərabərləşdirib. Penaltilər seriyasında isə qapıçı Martin Dubravka zərbəni dəf edərək komandasına üstünlük qazandırıb, həlledici penaltini isə Deyn Skarlett dəqiq yerinə yetirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью