Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Fələstin Prezidenti Mahmud Abbas ABŞ-ın ona viza verməkdən imtina etməsi səbəbindən BMT Baş Assambleyasının 81-ci sessiyasında canlı video bağlantısı ilə çıxış edib.
Turkustan.az xəbər verir ki, Abbas çıxışında İsrailin Qəzzaya hücumlarını gündəmə gətirib və beynəlxalq ictimaiyyətə çağırış edib. O bildirib ki, İsrail Fələstin ərazilərinə hücumlarını davam etdirdiyi halda bəzi ölkələr buna susur və İsrailə silah tədarükünü davam etdirir.
“Bəzi ölkələr İsrailə qarşı nə qədər susacaq və onu silahla təmin etməyə davam edəcək? İki dövlətli həll yoluna nail olmaq üçün nə edəcəklər?” – deyə Abbas bildirib.
Fələstin lideri iki dövlətli həllin sülh və qarşılıqlı etimad üçün əsas olduğunu vurğulayıb.
“İki dövlətli həll yolu etimadı təmin edir. İki dövlətli həll yolu sülhü təmin edir. BMT-ni xəbərdar edirəm: başqa bir Nakbaya yol verməyin”, – Abbas deyib.
O, İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumların insan tələfatına səbəb olduğunu bildirərək, bu hücumların bölgədə daha geniş dini münaqişəyə çevrilmədən dayandırılmasının vacibliyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az