Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, Fələstin Muxtariyyətinin rəsmi “Vafa” agentliyinin məlumatına görə, tarixdə ilk dəfə olaraq şura üzvləri təyinat və ya kooptasiya yolu ilə deyil, birbaşa ümumxalq səsverməsi əsasında seçiləcək.
Abbasın imzaladığı fərmanda vurğulanıb ki, səsvermə “mümkün olan hər yerdə” — həm Fələstin ərazilərində, həm də onların hüdudlarından kənarda keçirilməlidir. Məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan fələstinlilərin seçkilərdə maksimal iştirakını təmin etməkdir. Fələstin Milli Şurası FAT-ın parlamenti sayılır və təşkilatın İcraiyyə Komitəsinin formalaşdırılmasında əsas rol oynayır.
Ekspertlər bildirirlər ki, seçki tarixinin açıqlanmasına baxmayaraq, prosesin reallaşması hələ də qeyri-müəyyən qalır. Belə ki, Mahmud Abbas daha əvvəl də dəfələrlə seçkilərin keçiriləcəyini bəyan etsə də, bu səsvermələr sonradan təxirə salınıb. Bundan əlavə, Fələstin Milli Şurası nadir hallarda toplanır — onun son iclası 2018-ci ildə keçirilib, son seçkilər isə 2006-cı ilə təsadüf edir.
Analitiklərin fikrincə, Fələstin siyasətində daha ciddi dəyişikliklər yaz aylarında, FƏTH hərəkatının ümumi konfransı keçiriləndə baş verə bilər.
Qadir, Bizimyol.info