Mahmud Abbas: “Qəzza Fələstinin ayrılmaz hissəsidir”

26.11.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Qəzza Fələstin Dövlətinin ayrılmaz hissəsidir və bölgədə ədalətli sülhün təmin edilməsi regional və qlobal zərurətə çevrilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu sözləri Fələstin prezidenti Mahmud Abbas bildirib.

O, İsrailin Qəzzadan tam çıxmasını, ərazinin yenidən qurulmasını və Fələstin Dövlətinin burada inzibati və təhlükəsizlik məsuliyyətini öz üzərinə götürməsini vacib sayıb.

Abbas beynəlxalq ictimaiyyəti Fələstin xalqını qorumağa və işğala son qoyacaq siyasi prosesə dəstək verməyə çağırıb.

Fələstin prezidenti vurğulayıb ki, 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması sülhə aparan yeganə yoldur.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью