Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır. "Mahmud Abbas heç bir halda Qəzza üzərində legitimliyini bərpa edə bilməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Fələstin hökumətinin rəhbəri Mahmud Abbasın Qəzza zolağının idarəçiliyini öz üzərinə götürməyə hazır olduğu barədə bəyanatını şərh edərkən deyib.
"Mahmud Abbas nəinki Qəzza zolağını idarə etmək, o heç İordan çayının Qərb sahilini belə idarə etmək iqtidarında olan siyasi lider deyil", deyə ekspert qeyd edib.
Həmsöhbətimiz düşünür ki, Abbas tərəfindən bu məsələnin gündəmə gətirilməsi birbaşa İsrail tərəfindən ona edilən təklifin nəticəsidir: "Düzdür, HƏMAS-dan fərqli olaraq Mahmud Abbas beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Fələstin dövlətinin rəhbəridir.
Onda nədən Mahmud Abbas Qəzza zolağının idarəçiliyini öz üzərinə götürməyə hazır olduğunu dilə gətirib?
Məsələnin gündəmə gətirilməsi birbaşa İsrail tərəfindən ona edilən təklifin nəticəsidir.
Bu vəziyyəti bir qədər yumşaltmaq istiqamətində atılan addımdır və Qəzzada müharibənin başlanmasından 3 ay sonra gündəmə gətirilib.
İsrail yaxşı başa düşür ki, Qəzzanın tam işğalı işə düşsə və buna nail olsa da, Təl-Əviv həmin əraziləri idarə etmək iqtidarında olmayacaq.