Mahmud Abbasdan HƏMAS a: Silahlarınızı bizə verin!

17.05.2025

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fələstin prezidenti Abbas İraqın paytaxtı Bağdadda keçirilən 34-cü Ərəb Liqası Zirvə Toplantısındakı çıxışında Fələstindəki son vəziyyətlə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Abbas İsrailin hücumlarına və Qəzzada fələstinliləri didərgin salmaq planlarına cavab olaraq deyib: "Biz HƏMAS-ı Qəzzaya nəzarətdən əl çəkməyə və bütün qrupları silahlarını Fələstin administrasiyasına təhvil verməyə çağırırıq".
İsrailin hücumları nəticəsində böyük dağıntılara məruz qalan Qəzza ilə bağlı Abbas: "Qəzza zolağının yenidən qurulması planının maliyyələşdirilməsi və həyata keçirilməsi üçün Qahirədə keçiriləcək beynəlxalq konfransa dəvət edirik"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью