Mahmud Abbasov vəfat etdi KONKRET

09.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Masallı rayonu 11 illik musiqi məktəbinin xanəndəlik sinfinin müəllimi Mahmud Abbasov 47 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İlkin məlumata görə o, paytaxt Bakı şəhərində əmisi oğlunun toy məclisində iştirak edib. Toyda qəfil halı pisləşib və dünyasını dəyişib.

Mahmud Abbasov doğulduğu Babaser kəndində torpağa tapşırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью