Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Juninyonun "Sevilya"ya keçidi "Qarabağ"a ciddi problem yaratsa da, Azərbaycan futbolunun güclənməsinə tövfə verəcək".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan millisinin və "Neftçi" klubunun sabiq futbolçusu Mahmud Qurbanov deyib.
"Azərbaycan klublarında çıxış etmiş hansısa bir futbolçunun "Top 5"likdə olan ölkələrin komandalarına keçidi futbolumuz üçün çox müsbət haldır.
Juninyonun "Sevilya"ya keçidi ölkəmizdə oynayan futbolçular üçün əlavə stimul olacaq.
"Yarasalar" İspaniyanın ən nəhəng və köklü klublarından biridir.
Məhz Juninyonun bu kluba keçidi də artıq göstərir ki, Azərbaycan futbolu Avropa bazarına çıxıb.
Düzdür, "Qarabağ" hazırda Avropa Liqasında çıxış etdiyi halda belə bir keyfiyyətli futbolçu ilə yolları ayırsa, komandanın işi çətinləşəcək.