Mahmudçalada balıqların kütləvi ölümünün səbəbi...

12.08.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatına səbəb Salyan-Muğan ötürücü kollektoru qarşısında yerləşən bəndin açılması olub.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Belə ki, bu səbəbdən kollektorun suyunun Xəzər dənizinə axıdılması bərpa olunub.

“Nəticədə Mahmudçala ovçuluq təsərrüfatı ilə kollektor arasında su səviyyəsində yaranan fərqə görə, kollektor istiqamətinə suyun geri axını baş verirBu proses zamanı su ilə birlikdə bəzi balıqların da kollektor istiqamətində hərəkət etməsi və qismən tələf olması halları müşahidə edilə bilər”, – deyə məlumatda vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью