Mahmudovdan ürək cərrahlarına: Xəstələrə bu ifadələri deməyin!

31.01.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında birinci yerdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il 18 milyondan çox insan bu səbəbdən həyatını itirir. Amma bu ölümlərin təxminən 80%-i vaxtında və düzgün yanaşma ilə qarşısı alına bilən hallardır. Daha diqqət çəkici olan məqamlardan biri isə infarkt keçirən xəstələrin təxminən 40%-nin əvvəlcədən heç bir xəbərdaredici simptom hiss etməməsidir. Bu fakt ürək sağlamlığına məsuliyyətli və elmi yanaşmanın nə qədər vacib olduğunu bir daha göstərir.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək cərrahı Rəşad Mahmudov ölkəmizdə tibbin digər sahələri ilə müqayisədə ən sürətli və ən sistemli inkişaf edən istiqamətlərdən birinin məhz kardiologiya və ürək-damar cərrahiyyəsi olduğunu bildirib.

“Son illərdə texnoloji imkanların genişlənməsi, müasir diaqnostika və müalicə metodlarının tətbiqi, beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi bu sahədə çox ciddi nailiyyətlərə yol açıb.

Lakin inkişafla yanaşı, müəyyən etik və peşəkar suallar da ortaya çıxır. Bəzən klinik protokollara, Avropa və dünya tibbi göstərişlərinə tam uyğun olmayan hallarda belə invaziv müdaxilələrə və ya cərrahi əməliyyatlara tələskən qərarlar verildiyinin şahidi oluruq. Bəzən isə bu qərarlar xəstəyə qorxu dili ilə çatdırılır, “təcilidir”, “buradan çıxmayın”, “bir neçə saat içində problem yarana bilər” kimi ifadələrlə xəstənin psixoloji vəziyyəti təsir altına düşür. Bunu da daha çox təciliyəti olmayan, rahat, müdaxilə riski çox az olan, klinik protokola görə bəzən sadəcə dərman müalicəsinin yetərli olacağı xəstələrdə edirik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью