Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hazırda Milli Məclisdə 15 komitə fəaliyyət göstərir ki, onlardan da biri mədəniyyət sahəsinə aiddir.
Parlamentin Mədəniyyət komitəsinə keçmiş səfir, bəstəkar və müğənni Polad Bülbüloğlu sədrlik edir.
Bəziləri düşünür ki, Mədəniyyət komitəsinə Polad Bülbüloğlu kimi məşhur deputatın sədrlik etməsilə bu sahədə daha mütərəqqi addımlar atılacaq.
Bəs Polad Bülbüloğli Milli Məclisdə musiqi bacarığı olan yeganə deputatdırmı?Modern.az-ın məlumatına görə, 114 saylı Şəki şəhər seçki dairəsinin deputatı Vüqar İskəndərov da musiqi bacarığına sahibdir.
O, ötən il Milli Məclisin nümayəndə heyətinin tərkibində 12-16 may tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində rəsmi səfərdə olub.
Azərbaycanlı deputat Şimali Kiprdə xalq mahnısı "Qaragilə"ni ifa etmişdi. Onun bu bacarığı sosial şəbəkələrdə də maraqla qarşılanmışdı.
Maraqlıdır, Vüqar İskəndərovdan yeni ifa gözləyə bilərikmi? Deputat əməkdaşımıza bildirib ki, mədəniyyət sahəsi ücrə bacarığı olan şəxslərin