Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Çox istəyərəm ifrata çıxmayaq. Bəzi məqamları düzəltmək olar. Süni intellektin bəzi səslərindən istifadə etmək olar, amma götür birbaşa səsi at ora. Sabah səndən canlı oxumaq soruşanda edə bilməyəcəksən. Etməyin”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov “İncə səhər” proqramında deyib. Sənətçi süni intellektdən musiqidə istifadəni pisləyib:
“Uşaqlar çıxır qabağıma, onlara üzülürəm. Olmaz belə. İçimdə kiməsə kömək, yaxşılıq etmək hissi olub. Etməmək paxıllıqdır. Özünə güvənən musiqiçi başqasına paxıllıq etməz. Bizə bunu Allah veribsə, paylaşmalıyıq. Paylaşmasaq, bizə ziyandır”.