Mahnıya görə işdən çıxarılan direktorun yerinə TƏYİNAT

04.09.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Samux rayonu İnstitut qəsəbə məktəbinə yeni direktor təyin edilib.

Modern.az-ın məlumatına görə, sözügedən vəzifəyə Natiq Əmirov gətirilib.

O, bundan əvvəl Göygöl rayonu Fəxrəddin İmamquliyev adına Yalqışlaq kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən sözügedən məktəbdə keçirilən "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən mahnının səsləndirilməsi barədə görüntülər yayılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasəb direktor ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. O, daha sonra məhkəməyə üz tutsa da, işə bərpa edilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью