Mahrez Qətər klubuna keçdi

14.10.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əlcəzair millisinin təcrübəli hücumçusu Riyad Mahrez karyerasında yeni səhifə açaraq Qətər çempionatına yollanıb.

Futbolpress.az xəbər verir ki, 35 yaşlı cinah yarımmüdafiəçisi “Əl-Şamal” klubu ilə anlaşıb. Tərəflər arasında rəsmi müqavilə imzalansa da, sözləşmənin müddəti hələlik məxfi saxlanılır.

Təcrübəli vinger bu ilin yayında müqavilə müddəti başa çatdıqdan sonra Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandası ilə yollarını ayırmışdı.

Zəngin karyeraya malik olan Əlcəzairli futbolçu daha əvvəl İngiltərədə “Mançester Siti” və “Lester Siti” ilə çempionluqlar yaşayıb, Fransada isə “Havr” və “Kempe” klublarının şərəfini qoruyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью