Mahsudova və Niftəliyev Dünya kubokunda mübarizəyə başlayırlar

04.04.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Bu gün İtaliyanın Riççione şəhərində batut gimnastikası üzrə Dünya kuboku start götürür.

İdman.biz xəbər verir ki, bu gün qarışıq cütlüklər arasında sinxron tullanışlar üzrə təsnifat mərhələsi keçiriləcək.

Bakıda təşkil edilən Dünya kubokunun ilk mərhələsində bürünc medal qazanan Əli Niftəliyev və Selcan Mahsudovadan ibarət Azərbaycan dueti finala vəsiqə uğrunda mübarizə aparacaq.

Aprelin 5-də fərdi yarışlar olacaq: gimnastlarımız ən yaxşı 24 iştirakçının qatılacağı yarımfinala vəsiqə qazanmağa çalışacaqlar.

Yarımfinallar aprelin 6-da günün ilk yarısında, finallar isə proqramın axşam hissəsində baş tutacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью