Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş

15.06.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ötən gün məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül toy məclisində iştirak etmək üçün Bakıya gəlib.

“Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, sənətçi tanınmış iş adamının oğlunun toyunda səhnə almaq üçün Bakıya üz tutub.

M.Kırmızıgül “Aral Group”un rəhbəri və bir sıra biznes obyektlərinin sahibi Ahmet Çetinin oğlu Yusufun toy məclisinə gəlib. Toy məclisinə bir sıra yüksək çinli məmurlar, iş adamları, generallar, tanınmış simalar qatılıb. Mərasim Bakının lüks restoranlarından birində baş tutub.

Qeyd edək ki, Ahmet Çetin “Aral Group”un sahibidir. O, Bakıda bina tikintisi ilə məşğuldur, eyni zamanda, bir sıra böyük biznes obyektlərinin sahibidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью