Mahsun Kırmızıgülün anası vəfat etdi: Konserti ləğv olundu

06.12.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məşhur türkiyəli müğənni və rejissor Mahsun Kırmızıgülün anası Faike Bazencir 99 yaşında dünyasını dəyişib.

Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Bazencir Altsheymer xəstəliyindən əziyyət çəkirmiş və 2 ilə yaxındır evdə müalicə alırmış.

Anasının vəfatı səbəbilə Mahsun Kırmızıgül dekabrın 6-da baş tutacaq konsert proqramını ləğv edib.

Qeyd edək ki, Faike Bazencir 1998-ci ildə oğlu Mahsun Kırmızıgülün klipində çəkilib. O zaman həmin mahnı və klip baxış və satış rekordları qırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью