Maino oynamaq üçün Mançesteri tərk edə bilər

16.11.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

“Mançester Yunayted”in gənc ulduzu Kobbi Maino komandadan ayrılmaq fikrinə düşüb.

Fanat.Az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi baş məşqçi Ruben Amorimin ona kifayət qədər şans vermədiyini düşündüyü üçün bu qərarı nəzərdən keçirir.

"Fotomaç" nəşrinin məlumatına görə, Maino üçün artıq iki klub ciddi maraq göstərir. Türkiyənin “Fənərbağça”sı və İtaliyanın “Latsio” klubu gənc futbolçunu transfer etmək üçün vəziyyəti yaxından izləyir. 

Gənc oyunçunun yay transfer pəncərəsində klubun qərarına görə mövqeyini dəqiqləşdirməsi gözlənilir.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью