Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Argentina millisinin yarımmüdafiəçisi Aleksis Mak Allister DÇ-2026-nın yekunları ilə bağlı post paylaşıb.
Futbolpress.az xəbər verir ki, təcrübəli futbolçu finalda İspaniyaya 0:1 hesabı ilə uduzduqları matçdan sonra sosial şəbəkə hesabında azarkeşlərinə müraciət edib.
Mak Allister bu sözləri qeyd edib:
“Əvvəla, gümüş medalları aldıqdan sonra stadiondakı azarkeşlərimizin, ailə və dostlarımızın coşğusunu vurğulamaq istəyirəm. İkincisi, Buenos-Ayresdəki qarşılanma möhtəşəm idi. Hava yağışlı və soyuq idi, lakin ölkəmizə və bu komandaya olan sevgi o qədər güclü idi ki, heç nə onu kölgədə qoya bilməzdi. Hər biriniz dəlisiniz və bu, bizim xoşumuza gəlir!
Gəlin ağlayaq, çünki biz argentinalıyıq və həmişə qazanmaq istəyirik, lakin göz yaşlarından sonra ayağa qalxmalı, birləşməli və irəli getməliyik, çünki bu, hələ son deyil. Anamın dediyi bir məsəl var: ‘Qisası olacaq oyundan qorxma’.
Ailələrimizə, dostlarımıza və bizi dəstəkləyən hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Onlar bizim kim olmağımızın böyük bir hissəsidir. Başqa ölkələrdən bizə istehza ilə mesaj yazanlara da təşəkkür edirəm. Onlar fərqində olmadan argentinalı olmağımızla qürur duymağımıza kömək edirlər. Çox sağ ol, Argentina!”