futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Liverpul”un futbolçusu Aleksis Mak Allister Çempionlar Liqasında “Qarabağ”ı məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi 6:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Yaxşı oyun oldu. Yenidən “8-liy”ə düşmək çox xoşdur. Lakin ötən mövsümü xatırlayıram, Liqa mərhələsini birinci sırada bitirmişdik, lakin sonrakı mərhələdə PSJ ilə qarşılaşdıq və məğlub olduq. İndi addım-addım irəliləməliyik və növbəti rəqibi gözləməliyik. Bizim üçün yaxşı gecə idi.
Nəyə qadir olduğumuzu bilirik. Ümid edirəm ki, finala çıxa bilərik. Hər oyuna ciddi yanaşmalıyıq”.