Maka Boçorişvili: Gürcüstan 2027 ci ildə ATƏT ə sədrlik etməyə hazırdır

24.09.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tbilisi, 24 sentyabr, AZƏRTAC

Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməkdə maraqlıdır və təşkilatın bütün üzv dövlətləri ilə əməkdaşlığa hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ATƏT-ə üzv dövlətlərin nümayəndələri üçün təşkil olunan qəbulda bildirib.

Nazir Gürcüstanın 2027-ci ildə ATƏT-ə sədrlik üçün namizədliyini irəli sürdüyünü və bu istiqamətdə üzv dövlətlərin dəstəyinə ümid etdiyini bildirib.

Onun sözlərinə görə, Avropada təhlükəsizlik məsələləri hazırda ciddi təzyiqlərlə üzləşir və belə şəraitdə dialoq və əməkdaşlığın əhəmiyyəti daha da artır.

“Suverenliyə hörmət, dialoq, münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquq və normalara riayət, eləcə də götürülmüş öhdəliklərin yerinə yetirilməsi təhlükəsizliyin əsasını təşkil edir", - deyə M.Boçorişvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью