Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tbilisi, 30 yanvar, AZƏRTAC Gürcüstan regionda sülhün, sabitliyin və firavanlığın hökm sürməsi üçün əlindən gələni etməyə hazırdır.AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yanvarın 30-da İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında söyləyib.Nazir ümidvar olduğunu bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hər iki tərəf üçün məqbul olacaq və bölgədə uzunmüddətli sabitliyə töhfə verəcək.
O əlavə edib ki, Gürcüstan öz növbəsində bu istiqamətdə qonşu ölkələrlə əməkdaşlığa hazırdır.
Xətayi ƏzizovAZƏRTAC-ın xüsusi müxbiriTbilisi Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.