Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Dostumla ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq, gündəliyimiz, gələcək addımlar və təbii ki, regionda mövcud vəziyyət barədə ətraflı danışmaq imkanımız oldu”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, cari il Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli siyasi dialoq baxımından kifayət qədər intensiv olub. Onun sözlərinə görə, bu, iki ölkə arasındakı strateji münasibətlər üçün xüsusi əhəmiyyət daşıyır.
Maka Botçorişvili qeyd edib ki, bu il Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri baş tutub. Həmçinin Gürcüstanın Baş nazirinin may ayında Bakıya səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm razılaşmalar əldə olunub.
Zeynəb Rzayeva