Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Edmonton”un baş meneceri Sten Boumen forvard Konnor Makdevidin yeni müqaviləsi ilə bağlı danışıb:
“Makdevid hazır olanda danışığa başlayacağıq. Düşünürəm ki, Konnor müqavilə ilə bağlı təfərrüata varmaq üçün münasib zaman seçməyi haqq edib. Biz elə indi söhbətə hazırıq və o da bunu bilir. Bəli, iyulun 1-dən sonra müqaviləni rəsmiləşdirmək üçün imkan var. Ancaq bu, sadəcə, bir tarixdi, əslində prosesə heç bir təsir göstərmir. Hələ ki Konnorla danışığa başlamamışıq”.
Xatırladaq ki, Makdevid 2015-ci ildən “Edmonton”un şərəfini qoruyur. Kanadalı ulduz “neftçilər”in heyətində keçirdiyi 808 oyunda 1232 (405+827) xal toplayıb. Makdevidin “Edmonton”la illik 12,5 milyon dollar əməkhaqqı nəzərdə tutan müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədərdi.
İyulun 1-dən sonra mərkəz hücumçusu və klub müqavilə müddətini uzatmaq hüququna malikdi.