Makelele “Real”ı sərt tənqid etdi: “Komanda yoxdur”

21.09.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Real”ın sabiq futbolçusu Klod Makelele İspaniya La Liqasının yeddinci turunda “Atletiko”ya 1:2 hesabı ilə məğlubiyyətdən sonra Madrid klubunu tənqid edib.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, o, “Real”ın uğursuzluğunun səbəbini hakim qərarlarında axtarmağın düzgün olmadığını bildirib.

“Hakimləri günah keçisi etmək lazım deyil. Oyunçular arasında, eləcə də futbolçularla məşqçi arasında qarşılıqlı anlaşma yoxdur. Mourinyu onlarla danışmalıdır. Komanda yoxdur. Oyun planı yoxdur, qətiyyən heç nə yoxdur. Heç nə, heç nə, heç nə. Biz onlardan daha çox şey tələb etməliyik. Problem hakimdə deyil. Komandada açıq-aşkar çatışmazlıq var və meydanda aydın ideyalar və ya planlar yoxdur”, – deyə Makelele açıqlamasında vurğulayıb.

Qeyd edək ki, “Real” La Liqanın yeddinci turunda səfərdə “Atletiko”ya 1:2 hesabı ilə uduzub.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью