Makıda su çatışmazlığı Əhali etiraz aksiyası keçiridi

06.08.2025

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avqustun 5-də Qərbi Azərbaycan əyalətinin Makı şəhəri və ətraf kəndlərinin sakinləri etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat yayıb.

Onlar əyalətin su qaynaqları ilə ən zəngin bölgəsində yaçadıqlarına baxmayaraq, davamlı su çatışmazlığı ilə üzləşdiklərinə etiraz ediblər.

Narazıların bildirdiyinə görə, xüsusən son həftələr sutkanın əksər saatlarında içməli suyun verilişi dayandırılır və əhali suya olan təlbatlrını külli məbləğdə vəsait ödəyərək tanker vasitəsilə təmin etməyə məcbur olurlar.

Qeyd edək ki, Makı bölgəsi Qərbi Azərbaycanın su ehtiyatları ilə zəngin yerlərindən biri sayılır və burada bir neçə çay mövcuddur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью