Makiyajsız Alsu (Foto)

21.08.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Türkiyənin Belek şəhərində istirahət edən rus müğənni Alsu yeni fotosunu paylaşıb.
Milli.Az olay.az-a istinadən xəbər verir ki, kadrda 43 yaşlı ulduz çiçəkləyən kolun qarşısında qara bikinidə poza verib. Saçlarını səliqəli topuz şəklində yığan Alsu makiyajdan da istifadə etməyib.

"Qadın çiçək kimidir. Onun özü üçün həm günəş, həm su, həm də dayaq olması çox dəyərlidir. Amma yanında istilik və qayğı olduqda daha da gözəl çiçəklənməsi necə də möhtəşəmdir" deyə Alsu paylaşımında yazıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью