futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sabah”ın cənubi afrikalı müdafiəçisi Eyden Makkarti UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda Bakıda Dortmund “Borussiya”sına 1:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, Almaniya klubunun torunu havalandırmağı bacaran təcrübəli oyunçu ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
— Nəticə mənim üçün yaxşı deyil. Təbii ki, bu oyundan öyrənməli olduğumuz çox şey var. Amma UEFA Çempionlar Liqasında ilk qolumu vurmağım və bunu “Sabah”ın heyətində etməyim mənim üçün çox böyük əhəmiyyət daşıyır. Karyeramda heç vaxt unutmayacağım anlardan biridir.
— Cənubi afrikalı azarkeşlər sizi dəstəkləyir, bu barədə nə deyə bilərsiniz?
— Sosial şəbəkələrdə böyük coşqu var, hər şeyi görürəm. Vətənimdəki azarkeşlərimə, məni dəstəkləyən hər kəsə və ailəmə sevgimi çatdırmaq istəyirəm. Hər şeyin fərqindəyəm və buna görə çox minnətdaram.
— Bu ağır matç Misli Premyer Liqasında “Qarabağ”a qarşı keçiriləcək növbəti qarşılaşmaya necə təsir edəcək?
— Hər şeyi növbəti matçda daha yaxşısını etmək üçün təcrübə kimi qəbul edirəm. Həmişə təkmilləşdirə biləcəyim tərəflərimin olduğunu bilirəm və özümə qarşı kifayət qədər tələbkaram. Komandaya kömək olmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm.
— “Borussiya” ilə oyunda fərqləndiniz, “Barselona” ilə görüşdə məqsədiniz nə olacaq?
— Çox istərdim ki, “Barselona”ya qol vurum. Ümid edirəm ki, alınar.
Ayxan Zayıdzadə