Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Cənubi Afrikanın “Kayzer Çifs” klubunun futbolçusu Mduduzi Şabalala karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Sabah”ın müdafiəçisi Eyden Makkarti həmyerlisini “bayquşlar”da görmək istəyir. Bu barədə Afrika mətbuatı məlumat yayıb. Xəbərdə Makkartinin klub rəhbərliyinə oyunçunu nəzərdən keçirməyi bildirib.
Mduduzi ölkəsinin perspektivli futbolçularından hesab edilir. O, hücumun hər iki cinahında oynaya bilər.
22 yaşlı hücumçu 2022-ci ildən “Kayzer Çifs”də frma geyinir. Mduduzi bu mövsüm 6 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
Afrikalı futbolçunun “transfermarkt”da dəyəri 1.2 milyon avrodur.