“Makler Saleh” həbs edildi

20.02.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Zaqatalada dələduzluq edən makler həbs olunub.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, “Makler Saleh” ləqəbli Saleh Süleymanov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsilə təqsirləndirilir.

Onun barəsində 10-a yaxın vətəndaş hüquq-mühafizə orqanlarına şikayət edərək, aldandıqlarını bildiriblər.

“Makler Saleh” bir əmlakı bir neçə nəfərə satmaqda və digər bu kimi cinayətlərdə ittiham olunur.

Zaqatala rayon məhkəməsinin qərarı ilə Saleh Süleymanov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda prokurorluq onun digər cinayətlərinin olub-olmadığını araşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью