Makqreqor müqaviləyə imza atdı

07.10.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

UFC-nin iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor Ağ Evdə keçiriləcək döyüş üçün müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, irlandiyalı döyüşçü bu barədə xarici media qurumlarına açıqlamasında deyib. O bildirib ki, gözlənilən döyüş artıq rəsmiləşib:

“Müqavilə bağlandı, imzalandı, çatdırıldı. Makqreqor ABŞ-nin 250 illiyi münasibətilə Ağ Evdə döyüşəcək”.

Qeyd edək ki, turnirin 2026-cı ilin iyununda təşkil olunacağı gözlənilir. Makqreqor həmin gecə amerikalı rəqibi Maykl Çendlerlə üz-üzə gələcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью