Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
UFC tarixində iki çəki dərəcəsində çempionluq qazanan Konor Makqreqor növbəti dəfə oktagona çıxacağı qarşılaşmanın karyerasındakı son döyüş olacağını bəyan edib.
Milli.Az xəbər verir ki, irlandiyalı idmançı bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edərək gələcək planlarından danışıb.
Makqreqor qarşıdakı görüşün daha geniş auditoriya tərəfindən izlənməsi üçün çalışacağını və bu qarşılaşmada öz rekordlarını yeniləməyi hədəflədiyini bildirib.
"Gələn döyüşümün daha çox izlənməsi üçün əlimdən gələni edəcəyəm. Bu, mənim son döyüşüm olacaq. Görək, hansı göstəricilərə nail ola biləcəyəm. Öz rekordlarımı yeniləməyə davam edəcəyəm", - deyə o qeyd edib.
38 yaşlı döyüşçünün peşəkar MMA karyerasında 22 qələbə və 7 məğlubiyyət var. O, UFC-də yarım yüngül və yüngül çəki dərəcələrinin çempionu titulunu qazanıb.
Qeyd edək ki, Makqreqorun bu açıqlaması məhz növbəti döyüşünün sonuncu olacağı ilə bağlıdır. Onun bütün döyüş idmanı karyerasını başa vurduğuna dair isə hər hansı qərar yoxdur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)