Makqreqor yenidən rinqdə: Rəqibini nokdauna göndərdi VİDEO

04.04.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

UFC-də iki çəki dərəcəsində sabiq çempion Konor Makqreqor boks rinqinə çıxıb.

İdman.Biz xəbər verir ki, qalmaqallı irlandiyalı döyüşçünün iştirakı ilə keçirilən boks görüşü Dublində yerləşən "Crumlin Boxing Club"da baş tutub.

Qoruyucu avadanlıqla döyüşən Makqreqor üç raund davam edən qarşılaşmada rəqibini iki dəfə ayaqüstü nokdauna göndərib.

Qeyd edək ki, Konor sonuncu dəfə 2021-ci ildə oktaqona çıxıb. O, həmin vaxt Dastin Puarye ilə döyüşdə ağır zədə almışdı.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью