Makron 3 Afrika liderinə qarşı sui qəsd planlarına razılıq verib

03.02.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Fransa Prezidenti Emmanuel Makronun Afrikada nüfuz itkisini dayandırmaq məqsədilə 3 Afrika ölkəsinin liderinə qarşı sui-qəsd planlarına razılıq verdiyini iddia edib.

"Cebheinfo.az" "Yeni Sabah"-a istinadən xəbər verir ki, rəsmi Paris keçmiş müstəmləkələrdə artan antimüstəmləkəçi hakimiyyətlər fonunda siyasi təsirini bərpa etmək üçün qanunsuz və gizli əməliyyatlara əl atıb. SVR-in bəyantında Burkina Faso və Malidə çevriliş cəhdləri, terror hücumları və qeyri-sabitlik fəaliyyətlərinin Fransa ilə əlaqəli olduğu irəli sürülüb.

Burkina Faso Prezidenti İbrahim Traore, Mali Prezidenti Assimi Qoyta və Madaqaskar Prezidenti Maykl Randrianirina hədəfə alınıb. İddialara görə, Fransa bu ölkələrdə özünə loyal hakimiyyətlər qurmaq istəyir.

Rusiya kəşfiyyatı Makronun Afrika siyasətinin iflasa uğradığını və Parisin qitədə terror qrupları ilə əməkdaşlıq etməyə başladığını iddia edib. Fransa tərəfi isə bu ittihamlara hələlik rəsmi münasibət bildirməyib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью