Makron ABŞ yə sərmayələri dayandırmağa çağırır

04.04.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Fransa prezidenti Emmanuel Makron Fransa şirkətlərini ABŞ-yə istənilən investisiyanı dayandırmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, E.Makronun bu qərarı Birləşmiş Ştatların Avropa İttifaqına (Aİ) üzv ölkələrin mallarına rüsumların tətbiqi ilə bağıdır.

Siyasətçi deyib: “Biz Amerika Birləşmiş Ştatları ilə vəziyyəti aydınlaşdırana qədər son investisiyaların bir müddət dayandırılması vacibdir”.

Fransa prezidenti qeyd edib ki, Aİ Amerika tariflərinə cavab variantlarını nəzərdən keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью