Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
G7 ölkələri Yaxın Şərqdəki müharibənin yaratdığı enerji böhranını müzakirə etmək üçün yaxın həftələrdə görüş keçirəcək.
Reuters xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.
Onun sözlərinə görə, görüşdə enerji təchizatının təhlükəsizliyinin təmin edilməsi, G7 ölkələri və əsas tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.
Makron həmçinin strateji enerji ehtiyatlarının bazara çıxarılması və müəyyən məhdudiyyətlərin aradan qaldırılması imkanlarının nəzərdən keçiriləcəyini deyib.
Fransa prezidenti bu açıqlamanı ölkədəki siyasi partiyaların rəhbərləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında verib. Görüşdə Yaxın Şərq və Ukraynadakı böhranların qlobal enerji bazarına təsiri müzakirə olunub.
Fransada yüksək yanacaq qiymətləri hökumətə təzyiqi artırıb və ölkədə etirazlar keçirilir.