Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) yeddiillik büdcə layihəsinə ən böyük donor ölkələrin ödədiyi vəsaitə düzəliş mexanizmi daxil ediləcəyi təqdirdə sənədin qəbulunu bloklayacağı ilə bağlı xəbərdarlıq edib. Bu mövqe Avropa liderləri arasında narazılığa səbəb olub.
Redaktor.az xəbər verir ki, bu barədə “Rapporteur” nəşri məlumat yayıb.
Qeyd olunan mexanizm Aİ büdcəsinə aldığı vəsaitdən daha çox töhfə verən ölkələr üçün bir növ güzəşt nəzərdə tutur. Bu güzəştlər tətbiq edildikdən sonra həmin dövlətlərin illik ödənişləri azalır. Almaniya, Danimarka, Niderland, İsveç və Avstriya bu mexanizmdən yararlanır.
Nəşrin məlumatına görə, Fransa da Aİ büdcəsinə böyük töhfə verir, lakin belə bir kompensasiya əldə etmir.
Makron yeni büdcənin azaldılmasını nəzərdə tutan layihəni dəstəkləməyəcəyi ilə bağlı xəbərdarlıq edib.
Xatırladaq ki, bundan əvvəl Makron Rusiyanın taxıl və kənd təsərrüfatı məhsullarının iri ixracatçısına çevrilməsinin Fransaya ciddi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, Paris geosiyasi gərginlik səbəbindən Rusiya, Şimali Afrika və digər regionların bazarlarına çıxışını itirib.
Xədicə BAXIŞLI