Makron Aİ nin Rusiyanın ballistik raket mənzilində olmasından narahatdır

25.11.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron Respublikanın və digər Aİ ölkələrinin Rusiya ballistik raketlərinin mənzilində olmasından narahatlığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə o, RTL radiosuna verdiyi müsahibədə qeyd edib.

"Rusiya Ukrayna cəbhəsinə göndərmək və bəlkə də sabah zəif olduğumuz təqdirdə bizi təhdid etmək üçün sualtı qayıqlar, raketlər və tanklar istehsal edir, çünki onun bütün silah çeşidi var. Və biz bu silahların uçuş mənzilindəyik. Qitələrarası ballistik raketlər — hamımız onların yaratdığı təhlükə ilə üzləşirik", - deyə Fransa prezidenti bildirib.

Rusiya Prezidenti Vladimir Putin əvvəllər Avropa siyasətçilərinin Rusiya ilə mümkün müharibə ilə bağlı iddialarını cəfəngiyat adlandırıb. BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi siyasi müzakirələrində çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, Rusiyanın heç vaxt NATO və ya Aİ-yə hücum etmədiyi və etmək niyyətində olmadığı da vurğulanıb.

Qeyd edək ki, Avropa dövlətlərinin ehtiyat etmələri anlaşılandır. Çünki Rusiya heç vaxt verdiyi sözü sona qədər tutmur və dünyada razılaşmaları ən çox pozan tərəf kimi qəbul edilir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью