Makron Ankaraya İŞİD in avtomobili ilə gəlib? VİDEO

08.07.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Fransa prezidenti Emmanuel Makron və xanımı Bricit Makronun Ankaradakı Prezident İqamətgahına "Toyota Land Cruiser" avtomobili ilə gəlib.
Bizim.Media xəbər verir ki, Fransa liderinin bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Xüsusilə də, Makronun Suriyadan Türkiyəyə gəlməsina bəzi istifadəçilər zarafatla yanaşıblar.   
Bir çox istifadəçi tərəfindən "deyəsən, Makron avtomobili Suriyadan gələndə İŞİD-dən alıb", "Makron, "Toyota Land Cruiser"i İŞİD-dən aldın?" kimi şərhlər yazılıb.
Lakin Türkiyə mətbuatının yazdığına görə, sözügedən “Toyota” Fransanın Türkiyədəki səfiri üçün təsis edilmiş xidməti avtomobildir.
Xatırladaq ki, İŞİD-in aktiv olduğu dövrlərdə Fransanın terror qruplaşmasına gizli dəstək verməsi ilə bağlı faktlar dəfələrlər dünya mediasında işıqlandırılıb.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью