Makron: Avropa heç vaxt Ukraynanı tək qoymayacaq

09.07.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyaya səfəri zamanı Avropanın Ukraynaya dəstəyinə dair yeni açıqlama verib.

APA xəbər verir ki, bu barədə "The Guardian yazıb".
Makronun sözlərinə görə, Avropa ölkələri Rusiyaya qarşı mübarizədə Kiyevə dəstəyini davam etdirəcək.

“Avropalılar Ukraynanı heç vaxt tək qoymayacaq, heç vaxt,” – deyə Fransa lideri Britaniya parlamentindəki çıxışı zamanı bildirib.

Makron vurğulayıb ki, Ukrayna Rusiya tərəfindən qanunsuz şəkildə hücuma məruz qalıb. O, həmçinin Böyük Britaniyanı Ukraynanın ən yaxın müttəfiqlərindən biri kimi, Rusiyanın genişmiqyaslı işğalından əvvəl göstərdiyi dəstəyə görə tərif edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью