Makron: “Avropa Rusiya ilə dialoqa qayıtmalıdır”

05.02.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyətindədir, lakin məzmunlu və nəticəyönlü söhbət üçün hazırlıq bir neçə gün vaxt aparacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fransadakı mənbə "TASS"-a məlumat verib.

“Əhəmiyyətli bir danışığa hazırlıq bir gündən çox vaxt aparacaq, yəni mütləq bir neçə gün çəkəcək”, - deyə mənbə bildirib.

O əlavə edib ki, Fransa lideri konkret nəticələrə fokuslanıb.

Bundan əvvəl “L’Express” jurnalı mənbəyə istinadla yazmışdı ki, Makronun diplomatik müşaviri Emmanuel Bonn fevralın 3-də Moskvada olub və Kremlin köməkçisi Yuri Uşakovla görüş keçirib.

Daha əvvəl Makron Rusiya Prezidenti Vladimir Putinlə mümkün qədər tez danışıqlar aparmaq niyyətində olduğunu açıqlamışdı.
Fransa lideri 2025-ci ilin dekabrında Brüsseldə keçirilən Aİ sammitindən sonra Avropanın Rusiya ilə dialoqu bərpa etməsinin vaxtının çatdığını bildirmişdi.

Makronun fikrincə, Ukrayna üzrə hazırkı danışıqlar formatı, ABŞ nümayəndələrinin Avropa tərəfləri olmadan Rusiya ilə nizamlanma şərtlərini müzakirə etməsi optimal deyil.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью