Makron: Avropa və ABŞ Ukrayna ilə bağlı ortaq mövqeyə yaxınlaşıblar

24.06.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Avropa və ABŞ Ukrayna münaqişəsi ilə bağlı mövqelərini yaxınlaşdırıblar.

Moderator.az xəbər verir ki, Makron Berlində "E5" liderləri (Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa) arasında aparılan danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib: "İndi avropalılar və amerikalılar arasında yaxınlaşma anını yaşayırıq. G7 sammitində ABŞ Avropa ilə birlikdə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, ona hərbi və enerji dəstəyi göstərməyə, Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyə hazır olduqlarını bəyan ediblər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью