Makron Avropanı ABŞ ın vassal asılılığından əl çəkməyə çağırıb

28.02.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Fransa prezidenti Emmanuel Makron avropalıları ABŞ-dan vassal asılılığından əl çəkməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Fransa prezidenti Portuqaliyaya dövlət səfəri zamanı deyib.

“Mən Avropada çoxlarının ABŞ-a qarşı nəzakətli olmalıyıq deyənlərini görürəm. Cavab itaət etməməkdir. Mən “xoşbəxt vassallaşma” düncəsinin əleyhinəyəm”, - deyə o qeyd edib.

Makron deyib ki, Avropa “gücünü bərpa etmək üçün” özünü dəyişdirməlidir. “Avropa risk, ambisiya və gücün dadını yenidən kəşf etməlidir”, - deyə dövlət başçısı qeyd edib.

Fevralın 10-da Tramp ABŞ-a bütün xarici polad və alüminium tədarükünə 25% rüsum tətbiq etməyi əmr etdi. Martın 12-dən qüvvəyə minəcəyi gözlənilən qərar Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Kanada, Avropa İttifaqı, Meksika, Cənubi Koreya və Yaponiyadan olan tədarüklərə aiddir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью