Makron bu dəfə Moskvanı sevindirdi Səfir açıqladı

14.10.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Fransa Avropa İttifaqının (Aİ) Rusiya aktivlərinin müsadirə edilməsinə yönəlmiş istənilən təşəbbüslərinə qarşıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın Moskvadakı səfiri Nikola de Rivyer “Vedomosti” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, ölkəsi beynəlxalq hüquqa ciddi riayət etməkdə israrlıdır.

Diplomatın sözlərinə görə, Prezident Emmanuel Makron Parisin mövqeyini açıq şəkildə ifadə edib:

“Yəni Rusiya vəsaitlərinin müsadirəsi nəzərdən keçirilmir. Yeganə məqbul tədbir Ukraynaya yardım göstərmək üçün dondurulmuş aktivlərdən əldə edilən faizlərdən istifadə etməkdir”.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью