Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Fransa prezidenti Emmanuel Makron kəşfiyyat orqanlarına Afrikada "arzuolunmaz liderləri" aradan götürmək üçün plan hazırlamağa icazə verib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəsmi saytında məlumat verilib.
Bildirilir ki, Makron administrasiyası Afrikada "siyasi qisas" üçün fürsət axtarır.
"Makron ya Venesuela prezidenti Maduronu ələ keçirmək üçün ABŞ əməliyyatından ilhamlanaraq, ya da özünü Afrika xalqlarının taleyinin hakimi kimi təsəvvür edərək, kəşfiyyat xidmətlərinə Afrikada "arzuolunmaz liderləri" aradan götürmək üçün plan başlatmaq səlahiyyəti verib", - deyə bəyanatda qeyd olunur.
Xarici Kəşfiyyat Xidməti həmçinin bildirib ki, Fransanın yanvarın 3-də Burkina-Fasoda baş verən çevriliş cəhdində iştirakı sübuta yetirilib, lakin qarşısı alınıb. Paris həmçinin Madaqaskarın yeni prezidentini devirmək üçün yollar axtarır və Sahara-Sahel bölgəsindəki "arzuolunmaz ölkələrdə" vəziyyəti qeyri-sabitləşdirməyə davam edir.