GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron fevralın sonunda ölkənin nüvə doktrinası ilə bağlı geniş çıxış edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat verib.
Bildirilib ki, Makronun çıxışı dönüş nöqtəsi olacaq.
Avropa rəsmiləri hesab edirlər ki, Parisin qətiyyətini nümayiş etdirməsinin təsirli yollarından biri Fransa komandanlığı altında nüvə silahı daşıya bilən “Rafale” qırıcı təyyarələrini Avropa ölkələrinə yerləşdirmək olardı.
“Əgər onlar həqiqətən ciddidirlərsə, biz bu məsələni tərəfdaşlarımızla müzakirə etməyə hazır olmalıyıq”, – deyə Slovakiya millət vəkili və Avropa Parlamentinin Müdafiə Komitəsinin üzvü Lusiya Jar qeyd edib.
Bundan əlavə, NATO ümid edir ki, Fransa Alyansın nüvə planlamasında iştirak etmək istəməməsini yenidən nəzərdən keçirəcək.
Əliyar Xəlil
Globalinfo.az